"Fənərbağça"dan getdi, yeni klubu ilə 2 illik müqaviləyə imza atdı

"Fənərbağça" slovakiyalı futbolçusu Miroslav Stoxla yollarını ayırıb. Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu Çexiyanın "Slaviya" klubuna transfer olunub.

 

Bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Çexiya klubu Stoxun keçidi müqabilində “Fənərbaxça”ya 1 milyon avro təzminat ödəyib.

 

Slovakiya yığmasında 50-dən çox oyun keçirmiş Stox 2010-cu ildən "Fənərbaxça"da çıxış edirdi. O, ötən mövsüm icarə əsasında "Bursaspor"da oynayıb.

 

İstanbul təmsilçisi daha öncə bu oyunçusunu Yunanıstanın PAOK və BƏƏ-nin "Əl-Əyn" klublarına da icarəyə vermişdi. Stox əvvəllər "Nitra", "Çelsi" və "Tvente" klublarında da forma geyinib.

Tarix: 13 Avqust 08:13    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.