Azərbaycanlı jurnalist boulinq turnirində 3-cü oldu - FOTO

Avqustun 10-da Tiflisdə jurnalistlər arasında ilk dəfə boulinq üzrə beynəlxalq turnir keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Ukrayna və Kanadadan 30-dan çox jurnalist birincilik uğrunda mübarizə aparıb.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandasının üzvü, “İdman” qəzetinin əməkdaşı Rəşad Əliyev mükafatçılar sırasında yer alıb. 146 xalla R.Əliyev turniri üçüncü pillədə başa vurub. İlk iki pilləni isə Gürcüstan təmsilçiləri tutublar. Turnir başa çatdıqdan sonra bağlanış mərasimi təşkil olunub.

 

Mərasimdə çıxış edən Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Abaişvili iştirakçılara təşəkkür edərək, idman jurnalistikasının dünyada aparıcı mövqeyindən danışıb və gələcəkdə belə yarışların davamlı təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb.

 

“İdman” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Qabil Mehdiyev M.Abaişviliyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

 

Həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar Jurnalist Eldar İsmayılov təşkilatçılara rəhbərlik etdiyi qurumun xüsusi hədiyyəsini verib.

Tarix: 12 Avqust 17:48    Oxunub: 45    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.