"Hafiz Məmmədov iclaslara gəlib eləmir. Sizə nə olub?"

Tanınan jurnalist Erkin İbrahimov AFFA Klublar Komitəsinin dünənki iclası ilə bağlı maraqlı paylaşım edib. Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qurumun müzakirələrini tənqid edib.
 
“Klublar komitəsinin növbəti iclası da beləcə yola verildi. Aktual problemlerdən (misal üçün teleyayıma görə verilməyən pullardan) danışmaqdansa, sadəcə, bildiyimiz faktları konstatasiya etməklə işlərini bitmiş saydılar.

 

Güya bilmirdik ki, “Səbail” “Dalğa Arena”da çıxış edəcək? Yoxsa mövcüd limitdən xəbərimiz yox idi?
“İnter” (Keşlə) klubundan isə ümümiyyətlə, heç kim təşrif buyurmayıb. Nəyə görə?

 

Klubda o qədər problem var, çıxın, onlardan danışın. "Jurnalistləri" başa düşdük, Bakı klubu daha yoxdu, Hafiz Məmmədov iclaslara gəlib eləmir. Sizə nə olub? Başınız klubun ad dəyişməsinə qarışıb?

 

Hansı əsasla “Səbail” klubu iclasda 3 nümayəndə ilə təmsil olunub? "Qaqa, gedim, mən də oturum, baxım, nə danışırlar", hə?

 

Ümümiyyətlə, AFFA-da məsul vəzifə tutan adam hansı məntiqlə klubda faktiki olaraq CEO vəzifəsində çalışa bilər? Ayrı vaxt UEFA/FIFAdan dəm vururlar. UEFA da normal təşkilat olsaydı, buna imkan verməzdi, di gəl, Lennart Yuxanssondan sonra UEFA-nın da zayı çıxıb.

 

Yeri gəlmişkən, bu gün çempionat başlayır. Bu turnirə Azərbaycan çempionatı deməyə da adamın dili gəlmir. Bir tərəfdən “Qarabağ”, “Qəbələ”, “Zirə”, o biri tərəfdən isə AFFA-dakı müəllimlər tərəfindən idarə olunan məhdud məsuliyyətli futbol dərnəkləri.

 

Futbol deyil e, "Веселые Картинки" multserialıdı...”

Tarix: 12 Avqust 17:12    Oxunub: 382    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.