"Bu xərclər mütəmadi deyil, gec-tez, bununla qurtarmalıyıq"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun transfer siyasəti barədə danışıb. Sportinfo.az xəbər verir ki, Qvardiola transferlərə xərcələnən külli miqdarda vəsaitin daimi olmayacağını deyib.

 

O, növbəti yayda belə etməyəcəklərini vurğulayıb: “Düşünürəm ki, bu xərclər mütəmadi olmayacaq. Gec-tez, bununla qurtarmalıyıq. Bu yay situasiya elə idi ki, 6 futbolçu ilə müqaviləmiz bitmişdi.

 

Üstəlik, “Mançester Siti” son 6-7 mövsümdə kənar müdafiəçilər almamışdı. Bu işi həll etmək lazım idi. Onu da deyim ki, məqsədimiz hər mövsümün sonunda komandada ciddi dəyişikliklər etmək deyil. İndi aldığımız futbolçuların bir çoxu uzun müddət “Mançester Siti”də qalacaq”.

Tarix: 12 Avqust 16:48    Oxunub: 67    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.