"İnanmazdım ki, “İnter” mənə belə bir problem yaratsın" - RAUF

“İnter”in hücumçusu Rauf Əliyevin “Kukesi”yə (Albaniya) transferində problem yaranıb. Sportinfo.az xəbər verir ki, Bakı klubu Rauf Əliyevin müqavilə ilə 2018-ci ilin yayına qədər onlara məxsus bildirərək qarşı tərəfdən təzminat tələb edib.

 

“İnter”in icraçı-direktoru Rəmiş Malıyev deyib ki, Raufun "İnter"lə müqaviləsi olduğundan onun transferi hüquqi səviyyədə həllini tapmalıdır: “Yəni futbolçu klubla anlaşması olduğundan digərinə sərbəst keçə bilməz.

 

Bu, ona görə müəyyən təzminatın ödənilməsi qarşılığında mümkündür. Albanların isə bildiyimə görə, təzminat vermək fikri yoxdur”.
 
Hazırda Albaniyada olan Rauf Əliyev özü Qol.az saytına açıqlamasında “İnter”in onun transferinə maneə yaratdığını təsdiqləyib: “İnter” bir az problem yaradır. Onlarla müqaviləm olduğunu deyirlər. 

 

Amma mənim klubla olan, PFL-ə, UEFA-ya göndərilən müqaviləm bitib. Bu müqavilə əlimdədir. Müddət bitib. İnanmazdım ki, “İnter” mənə belə bir problem yaratsın. Çünki bu kluba elə vaxtda kömək etmişəm ki...  İndi isə bu, unudulur”.
 
Bu məsələdə ziddiyyətli məqamların olduğu şübhə doğurmur. Çünki futbolçunun transferi həqiqətən bitibsə, "İnter" hüquqi tərəfdən ona heç bir problem yarada bilməz. Amma Rauf müqavilənin bitdiyini, "İnter" isə qüvvədə olduğunu deyir.

Tarix: 12 Avqust 16:24    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.