"Mir"in oyununda qəribə hadisə: penalti “yoxa çıxdı” - VİDEO

Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib. Sportinfo.az xəbər verir ki, V tur çərçivəsində keçirilən “Enerqiya” - “Mir” görüşünün 82-ci dəqiqəsində baş hakim Pavel Salnikov qonaqların qapısına penalti təyin edib.

 

Meydan sahiblərinin kapitanı Roman Boçak 11 metrlik zərbəni dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib – 3:3. Lakin referi yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu saymayıb və “Mir”in lehinə sərbəst zərbə qərarı verib. Yerli mətbuat olayı “penaltinin sirli şəkildə yoxa çıxması” adlandırıb. Oyun “Mir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Tarix: 12 Avqust 16:12    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.