"Qalatasaray": "AXTARILIR"

"Qalatasaray" rəhbərliyinin "bu gün, sabah gələcək" dediyi amma klubu "Vest Hem"lə pul məsələsini yoluna qoya bilmədiyi üçün 2 həftədi ortalıqda olmayan əlcəzairli Sofian Fequlini gözləməkdən bezən azarkeşlər maraqlı ideyaya əl atıb.

 

Sportinfo.az xəbər verir ki, onlar bir işıq dirəyində Fequli ilə bağlı "Axtarılır" başlıqlı elan yerləşdirib. Elanda "Sofian Fequli adlı adamı görənlərin 0212 305 1905 nömrəli telefona bilgi verməsi rica olunur" sözləri yazılıb. 

 

Yolu səbirsizliklə gözlənilən futbolçunu isə rəhbərlik birinci gün "Kayserispor"la baş tutacaq matçda "Türk Telekom Stadionu"na gətirməyi planlaşdırır. Mövzu ilə bağlı 27 yaşlı futbolçudan xəbər gözlənilir.

Tarix: 12 Avqust 16:00    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.