“Neftçi” verdiyi vədi unutdu

“Neftçi” mövsümə hazır deyil. Bu, təkcə əsas komandanın hazırlığa ilə bağlı məsələ sayılmamalıdı – bakılılar klub olaraq da hələ çox şey öyrənməlidi.
 
Yeni mövsümün “Qarabağ”la açılış matçı öncəsi paytaxt klubu bəzi yeniliklər etməyə qərar vermişdi. Bunlardan biri də azarkeşlərə hədiyyə verilməsi ilə bağlıydı. Oyundan öncə elan olundu ki, futbolçular tribunalara top atacaq və onları tutanlar penalti vuraraq “Lenovo”dan hədiyyələr əldə edəcək.
 
“Qarabağ” ilk hissədə rəqibini necə məyus etdisə, klub nümayəndələri başını itirdi. Elə bu səbəbdən fasilədə meydanda qarışıqlıq yarandı. Azarkeşlərlə bağlı vədi yerinə yetirmək üçün isə bakılıların ikinci qapıçısı Rəşad Əzizli seçildi. Onun topa ilk zərbəsi reklam lövhəsindən qayıtdı, ikincisində isə top stadionun damında qaldı. Azarkeşlərə tərəf vurulmalı olan üçüncü zərbə... olmadı.
 
Nə qədər maraqlı olsa da, “Neftçi” futbolçuları fanatlara göndərməyə top tapa bilmədilər və hədiyyə ilə bağlı vəd də beləcə unuduldu.

 

Tarix: 12 Avqust 20:36    Oxunub: 450    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.