XƏCALƏT HİSSİ

Əslində, xəcalət hissi mənfi auralı deyil. Xəcalət hissi hər adamda olmur. Hər adam xəcalət çəkə bilmir. İnsanların abırsızı, həyasızı, ədalətsizi, qəddarı, vicdansızı var. Xəcalət hissi abırlı, həyalı, ədalətli, xoşniyyətli, vicdanlı insanlara xas xüsusiyyətdi. Səhvlərdən kim sığortalanıb ki?

 

Xəcalət peşmançılığın sinonimidi. Hər adam etdiyi səhvdən peşman olmur, xəcalət çəkmir axı.

 

Xəcalət ədalətin sinonimidi. Səhv edibsənsə, buna görə xəcalət çəkirsənsə, deməli, həm də ədalətlisən.

 

Xəcalət vicdanın sinonimidi. Yalnız vicdanlı adam pis bir iş gördükdə üzr istəməyi bacarar. Üzr istəyənə qədər də xəcalət hissindən əriyər. İçin-için əriyər. Vicdanı olmayanlar, ədalətsizlər, həyasızlar, genələr, yağlanar. Sənə tapşırılan bir işi bacarmaya bilərsən. Bacarmadığını görüb, xəcalət də çəkərsən. Və vicdanın bu xəcalət hissinin qarşısında tab gətirməz. Və ədalətin yol verməz ki, bacarmaya-bacarmaya o işi görməyə özünü məcbur edəsən. Bunun üçün gərəkdi ki, xəcalət hissin, deməli, həm də vicdanın, ədalətin olmasın.

 

Xəcalət çəkmək hər insanın, hər oğulun, hər qızın işi deyil. Xəcalət çəkmək çox xoş hissdi. Xəcalət çəkirsənsə, deməli, insan kimi itməyibsən, yaşayırsan, duyursan, hiss edirsən, görürsən, dəyərləndirirsən, sevirsən, hörmət edirsən. Özünə və ətrafındakılara. Mən “Neftçi”nin Müşahidə Şurasının sədrinin, prezidentinin, vitse-prezidentinin, baş məşqçisinin xəcalət çəkdiklərinə inanmıram!

 

Natiq Muxtarlı

Tarix: 12 Avqust 15:48    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.