Azərbaycan millisinin üzvü İspaniya klubunu tərk edəcək

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov "Kadis”i tərk edəcək.

 

Sportinfo.az "portalcadista.com" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub – “Luqo” və “Alkarkon” maraqlıdı.


Məlumata görə, E.İsrafilov üçün ən uyğun variant “Alkarkon”dur. Çünki yığma üzvi daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib.

 

Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib. E.İsrafilov ötən ilin avqustunda “Kadis”ə keçib. O daha əvvəl “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.

Tarix: 12 Avqust 15:36    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.