3 həftə sonra "Qarabağ"a...

Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın futbolçusu Dani Kintana dünən Premyer Liqanın yeni mövsümünün “Neftçi” ilə açılış matçında yenidən sıradan çıxdı.

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun 3:1 hesablı qalib gəldiyi matçın 86-cı dəqiqəsində zədələnən futbolçu meydanı vaxtından əvvəl tərk etdi.

 

İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçuda əzələ dartılması müəyyən edilib. Bu səbəbdən Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Tarix: 12 Avqust 20:24    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.