"Binə"dən Amil transferi

Növbəti mövsümdə birinci divizionda çıxış edəcək "Binə" heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi təcrübəli qapıçı Amil Ağacanovla anlaşıb.

 

Bu barədə məlumatı klubun rəsmi “facebook” hesabı yayıb. 34 yaşlı qapıçı növbəti mövsümdən etibarən "Binə"nin uğurları üçün çalışacaq.
 
Amil ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Muğan”, AZAL, “Simurq” kimi komandaların da şərəfini qoruyub.

Tarix: 12 Avqust 15:00    Oxunub: 274    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.