"Böyük klublarda gündəlik təzyiq var,.emosiyalara nəzarət etmək mümkün olmur”

Fransa yığmasının sabiq üzvü Erik Abidal “Monako”nun ulduzu Kilian Mbappeyə məsləhət verib. Sportinfo.az xəbər verir ki, Abidal indiki məqamda Mbappe üçün ən uyğun komandanın elə “Monako” olduğunu bildirib.

 

O, gənc futbolçunun sabitlik baxımından özünü sübut etməli olduğunu vurğulayıb: “Mbappe sübut etməlidi ki, sabit oyun sərgiləyir. Məhz bundan sonra DÇ-2018-də iştirak edə bilər.

 

Bu məqamı nəzərə alsaq, hazırda “Monako” onun üçün ideal klubdu. Bu klubda ona çox təzyiq göstərilmir. O, “Monako”da öz işinə tam köklənə bilər. Böyük klublarda isə gündəlik təzyiq var. Hətta qalib gələndə belə, emosiyalara nəzarət etmək mümkün olmur”.

Tarix: 12 Avqust 20:00    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.