“Qəbələ”yə özündən 50 min avro verdi, müqaviləsini pozdu

“Qəbələ” mövsümlərarası fasilədə heyətinə qatdığı Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırıb. “Qırmızı-qaralar”dan ayrılmaq istəyən 28 yaşlı ispaniyalının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, dünən Azərbaycanı tərk edib.


“Qəbələ” iyunun 15-də Xavi Ernandes Qonzales kimi tanınan yarımmüdafiəçi ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalamışdı. Sportinfo.az-ın məlumatına görə, ispaniyalı ayrılmasına icazəni elə-belə almayıb. Bunun üçün əyalət klubuna 50 min avro təzminat ödəyib. 

 

Tarix: 12 Avqust 14:00    Oxunub: 404    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.