"Neftçi"nin legioneri: "Bakıda 4 il oynadıqdan sonra qərara gəldim ki..."

“Neftçi”nin və Makedoniya millisinin sabiq futbolçusu İqor Mitreski Rusiyanın “Sovetski sport” qəzetinə müsahibə verib. Sportinfo.az müsahibəni ixtisarla təqdim edir.

 

Hazırda nə işlə məşğulsunuz?

- Mən Balkan ölkələri üzrə skautam. Demək olar ki, işdən daha çox istirahət edirəm. Zarafatdır. Amma prinsipcə, burda ölkələr bir-birinə yaxındı - Makedoniya, Albaniya, Xorvatiya, Serbiya... Dostum Marko Trabukkiyə istidadların axtarışında yardımçı oluram. Makedoniya millisində qalmaq variantı da var. Ora gənc və yeniyetmələrdən ibarət komandaya futbolçu seçə bilərəm.

 

Klublarla əməkdaşlıq edirsiniz?

- Makedoniyada “Vardar”, “Şkendiya” və Almaniyada bir neçə klubla işgüzar münasibətim var.

 

Nə üçün skaut oldunuz?

- Bakıda 4 il oynadıqdan sonra qərara gəldim ki, karyeramı bitirib istirahət edim. İndi yavaş-yavaş işləməyə başlayıram. Axı mənim üç övladım, həyat yoldaşım var. Özüm isə 20 ilə yaxın xaricdə oynamışam. İndi vaxtımı daha çox ailəmə həsr etmək istəyirəm.

 

Skautun işində ən çətin olan nədi?

- Dərhal qərar verməmək. Bəziləri bir matça baxan kimi, deyirlər bu yaxşı və ya pis oyunçudur. Belə olmaz. Bir futbolçunu 5-6 dəfə, hətta daha çox izləmək lazımdı.

 

Sizə Avropadan müraciət etsəydilər, onlara Rusiyadan hansı futbolçunu təklif edərsiniz?

- İstedadlı futbolçular var. “Spartak”da yaxşı gənclər toplaşıb. Amma birmənalı nəsə deyə bilmərəm. Aleksandr Səmədovun oyunu xoşuma gəlir. Baxmayaraq ki, onun artıq 30 yaşı var.

 

Məşqçi olmaq fikriniz var?

- Mənə görə deyil. Özümü bu sahədə görmürəm.

 

İyunda belə məlumat yayıldı ki, “Spartak”ın seleksioner-məşqçisi ola bilərsiniz. Doğrudu?

- Belə söhbət var idi, amma alınmadı.

Tarix: 12 Avqust 19:48    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.