"Vəd verməyi sevmirəm, mən sənin üçün hər şey edəcəm”

“İnter”in futbolçusu Mauro İkardi Argentina yığmasına dönüşü ilə bağlı hisslərini ifadə edib. Sportinfo.az xəbər verir ki, İkardi 4 illik fasilədən sonra ilk dəfə iyunda Braziliya və Sinqapurla keçirilən yoldaşlıq görüşlərinə dəvət almışdı.

 

İndi isə futbolçu DÇ-2018-in seçmə mərhələsində Uruqvay və Venesuela ilə keçiriləcək oyunlara da dəvət alıb. Futbolçu yığmaya dönüşüylə bağlı keçirdiyi hisslərini belə bildirib:

 

“Mənim əziz Argentinam, 4 illik fasilədən sonra yenidən görüşdük. Yığmanın formasını sonuncu dəfə 2013-cü ildə geyinmişdim. Uzun müddət gözlədiyim məqam çatdı. Ola bilsin ki, bu, ən yaxşı məqam deyil. Ancaq keçirdiyim qürur hissini sözlə ifadə etmək mümkünsüzdü.

 

Bu məqama görə mənə inanan, dəstək verən hər kəsə təşəkür edirəm. Vəd verməyi sevmirəm, ancaq bir məsələdə tam əminəm: mən sənin üçün hər şey edəcəm, əziz Argentina!”

Tarix: 12 Avqust 19:12    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.