"Neftçi"nin baş məşqçisi qovmaq istədiyi futbolçunu…

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin başına hava gəlib? Ola bilər. Niyə də yox?

 

Adam son 5 gündə komandayla bir yerdə məşq etməyən Uqo Barqası dünən start heyətində meydana buraxdı və son dəqiqəyədək saxladı. Varlığı ilə yoxluğu bilinməyən fransalı hücumçu üçün halbuki o, "mənə lazım deyil" deyib.

 

Kimə deyib? Klub rəhbərliyinə. Bu ilin əvvəlində transfer olunan legionerin xidmətində maraqlı olmadığını söyləyən və müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsini istəyən çalışdırıcı birdən-birə ona ilk "11-lik"də yer verirsə…

 

Buna nə ad vermək olar? Olmaya, Barqası "Neftçi"yə soxuşduranlar Abdullayevə təpinib, "ağlını başına yığ" əmri verib? Bu da olar. Ümumiyyətlə, hər şeyə ola bilər (Sportinfo.az).

Tarix: 12 Avqust 19:00    Oxunub: 668    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.