Vitse-prezidentin səlahiyyətləri məhdudlaşdırıldı - SƏHVƏ YOL VERİB

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov redaksiyamıza müraciət edərək, bu günlərdə federasiyanın vitse-prezidenti Yaşar Məmmədov tərəfindən kütləvi informasiya vasitələrinə verilmiş məlumatlarla bağlı açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, Yaşar Məmmədov uzun aylar ərzində maaşların verilmədiyini və faktiki olaraq, federasiyanın qapısının qıfıllandığını bildirmişdi. Məlum olub ki, bugünlərdə Nazim İbrahimovun rəhbərliyi ilə federasiyanın ümumi yığıncağı keçirilib və mühüm qərarlar qəbul edilib.

 

Belə ki, Yaşar Məmmədovla baş məşqçi Fikrət Vəliyevin fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib. Bundan başqa, hər iki şəxsin fəaliyyətində qurumun normal fəaliyyətinə mane olan ciddi pozuntuların olması müəyyənləşdirilib.

 

Bundan sonra Vəliyev istefası ilə bağlı xahiş edib və o, istefaya göndərilib. Yığıncağın protokolunda göstərildiyinə görə, Yaşar Məmmədovun əvvəlki xidmətləri nəzərə alınaraq, o, tutduğu vəzifədə saxlanılıb, lakin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb.

 

Belə ki, bundan sonra Y.Məmmədov feredasiyanın prezidentinin adından çıxış edə və qurumun adından Gənclər və İdman Nazirliyinə müraciət edə bilməz. Yaşar Məmmədov da, faktiki olaraq, əvvəl dediyi sözlərdən imtina edib (virtual).

 

O bildirib ki, federasiyada işlər qaydasındadır, məşq prosesi davam etdirilir, əməkhaqları ilə bağlı vəziyyət də qənaətbəxşdir. “Hesab etmək olar ki, bütün problemlər həllini tapıb”, - federasiyanın vitse-prezidenti deyib.

Tarix: 12 Avqust 18:48    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.