“Fənərbağça” İstanbula gətirdi, “Trabzonspor” əlindən alır

“Fənərba=ça” “Zenit”də forma geyinən Juliano Viktor de Paulanı icarəyə götürməyə hazırlaşır. Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı da məlumat yayıb.

 

Artıq İstanbula gələn Juliano tibbi müayinədən keçib, "Fənərbaxça"nın stadionunu, bazasını gəzib, şəraitlə tanış olub. Onunla tezliklə 1 illik icarə müqaviləsinə imza atması gözlənilir.

 

Lakin bu gün Türkiyə mətbuatı maraqlı iddia irəli sürüb. Belə ki, Julianonu İstanbula "Fənərbaxça" gətirsə də, "Trabzonspor" "Zenit"ə daha sərfəli təkliflə müraciət edib.

 

Trabzonlular sözügedən futbolçunu transfer hüququ ilə birgə almaq üçün ruslara 10 milyon avro verməyə hazır olduqlarını bildiriblər.

 

Hazırda "Zenit"in və futbolçunun özünün bu iki təklif arasında necə seçim edəcəyi maraqla gözlənilir. Juliano ötən mövsüm “Zenit”in heyətində 30 oyuna çıxıb və 8 qol vurub.

Tarix: 12 Avqust 18:36    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.