FOTO - "Qarabağ"ın futbolçusu qohumları üçün əlini cibinə saldı

“Qarabağ”ın futbolçusu Qara Qarayev komandasının Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyuna özü pul verib bilet alıb.
 
Sportinfo.az-ın xəbərinə görə, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz sosial şəbəkə hesabında məlumat verib. Qaranın biletləri yaxınları və doğmaları üçün aldığı bildirilir.
 
Bu gün “Qarabağ” – “Kopenhagen” matçının biletləri satışa çıxarılıb. Oyuna maraq çox olduğundan Tofiq Bəhramov adına Respublika stadionunun kassaların uzun növbələr yaranıb. Görüş avqustun 15-də keçiriləcək.

Tarix: 12 Avqust 18:12    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.