“Fənərbağça”nın azərbaycanlı üçün xərclədiyi vəsaitin məbləği

“Fənərbağça”nın 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevə bir il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb.

 

Sportinfo.az-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İstanbul təmsilçisi hər il Türkiyə yığmasının 25 yaşlı sprinteri üçün 700 min lirə (340 min manat) sərf edir. Bunun müqabilində klubun atletikadan gələn illik gəliri 129 min lirədir (63 min manat). 

 

R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, avqustun 10-da Londonda 20,09 saniyə göstərici ilə 200 metr məsafəyə qaçışda dünya çempionu olub. 

Tarix: 12 Avqust 18:00    Oxunub: 425    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.