Azərbaycanlı velosipedlə 71 günə İstanbula getdi – VİDEO

Təqaüddə olan azərbaycanlı müəllim 71 günə İstanbula gedib. Sportinfo.az xəbər verir ki,  71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib.

 

Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir.

 

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib: “Şəkərin nə olduğunu mən bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.

 

Tarix: 12 Avqust 13:24    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.