“Real” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

“Real”ın baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq. Sportinfo.az xəbər verir ki,  bunu "AS" nəşri yazıb. 


Z.Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.

 

Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Tarix: 12 Avqust 13:00    Oxunub: 129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.