“Qarabağ” niyə önə çıxıb?

Premyer Liqada yeni 2017/18  mövsümünün ilk avtoqolu qeydə alınıb. Sportinfo.az xəbər verir ki, "Neftçi" - "Qarabağ" matçında qonaqların yarımmüdafiəçisi Rahid Əmirquliyev 90-cı dəqiqədə topu öz qapısına göndərib.

 

Bununla da Rahid komandasının 3:1 hesabı ilə qalib gəldiyi çatda son nöqtəni qoyub. Maraqlıdı ki, ötən çempionatda da ilk avtoqol tarixi derbinin iştirakçısı olan bu komandaların görüşündə vurulub. Sadəcə, onda "Qarabağ" meydan sahibi olub və "Neftçi"nin legioneri Jayro Rodriges öz qapısına qol vurub.

 

Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyalı müdafiəçiyədək ötən mövsümdə avtoqola üzülən olmamışdı. Özü də həmin çempionatda 3 avtoqol müəllifi kimi antirekordçu olan Jayro "Qarabağ"la sonrakı matçda da qapıları səhv salıb. 

 

“Qarabağ” 15 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 19 dəfə isə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədi.  

 

28 yaşlı Əmirquliyev ilk dəfə avtoqol edib. O, uzun illər kapitanı olduğu "Xəzər Lənkəran"ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekordçudu. Rahid bu klubun əzəli rəqibi olan "Neftçi"ni "Böyük oyun"larda məyus etmişdisə, bu dəfə onu sevindirib. 

Tarix: 12 Avqust 12:36    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.