Dani Kintananın başına gələn dünənki hadisə təhlükəlidi?

"Qarabağ"ın legioneri Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb. Sportinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi 6 aydan sonra Premyer Liqanın birinci turunda "Neftçi"yə qarşı matçda (3:1) oynayıb.

 

Görüşün 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olan D.Kintananın qayıdışı uğursuz alınıb. O, 88-ci dəqiqədə ayağından zədə alaraq meydanı erkən tərk edib. "Qarabağ" hər 3 əvəzetmədən istifadə etdiyi üçün 10 nəfərlə oyunu başa vurub.

 

D.Kintana bundan əvvəl fevralda AZAL-a qarşı matçda diz bağları qırılmışdı. O, indiyə kimi yaşıl meydanlardan uzaq qalmışdı. Baş məşqçi Qurban Qurbanovun dediyinə görə, ispaniyalının durumu qənaətbəxşdi, narahatlığıa ciddi əsas yoxdu.

 

Tarix: 12 Avqust 11:48    Oxunub: 695    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.