Mariya Stadnik yapon qızına uduzur - Dünya Güləş Birliyinin reytinqində

Dünya Güləş Birliyi qadınların yeni əmsalını açıqlayıb. Sportinfo.az xəbər verir ki, siyahının ilk sıraları dəyişməz qalıb. Millimizin öncülü Mariya Stadnik 48 kq-da yenə 2-cidir.

 

O, ilk pilləni Rio-2016 olimpiadasında finalda sona 3 saniyə qalmış qələbəni əldən verdiyi yaponiyalı Eri Tosakaya uduzur. Legionçumuzun mövqeyini möhkəmləndirməsinə səbəb mayda Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmasıdı.

 

3-cü yerdə digər yaponiyalı Yui Susaki qərarlaşıb. O, son Asiyanın ən güclülərinin yarışının qalibidir. Maşa Braziliyada yenilməsəydi, indi reytinqdə ilk sırada idi. Çünki UWW-un iyul ayı üçün açıqladığı siyahıda Eri Tosakanın bu zəfəri önə çəkilib.

Tarix: 12 Avqust 11:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.