"Bir futbolçuya görə bu qədər pul ala biləcəklərini təsəvvür etmirdilər"

Hollandiya yığmasının sabiq üzvü Rud Qullit də Neymarın PSJ-yə keçidinə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, Qullit bu keçiddən bütün tərəflərin razı qalmalı olduğunu vurğulayıb.

 

O, ağlasığmaz məbləğdə transfer haqqının ödənilməsinin bazarın diqtə etdiyi qayda olduğunu da vurğulayıb:

 

“Qaydaları o adam diqtə edir ki, onun pulu var. Futbolçunun məxsus olduğu klubun iki variantı olur: futbolçunu saxlamaq, yoxsa pulu götürmək. Adətən, 2-ci variant qalib gəlir.

 

Neymara görə ödənilən 222 milyon avro ağlasığmaz rəqəmdi. Ancaq bunu həm də bazarın diqtə etdiyi qayda hesab edə bilərik. Nəticədə bütün tərəflər xoşbəxt olmalıdı.

 

PSJ Neymara, “Barselona”a pula sahib oldu. Onlar hətta bir futbolçuya görə bu qədər pul ala biləcəklərini xəyallarında da təsəvvür etmirdilər. Neymar isə ömrünün sonuna qədər şokolad içində olacaq”.

Tarix: 12 Avqust 11:12    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.