“Başakşəhər” millimizin futbolçularını məyus etdi - VİDEO

Dünən Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib. Sportinfo.az xəbər verir ki, açılış oyununda “Başakşəhər”lə “Bursaspor” üz-üzə gəlib.
 
Azərbaycan millisinin üzvü Dəniz Yılmaz və U-21 futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu Bursa təmsilçisi səfərdən məğlub dönüb. Belə ki, meydan sahibləri qarşılaşmanın taleyini 1 cavabsız qolla həll edib.
 
Futbolçularımızdan yalnız biri görüşün iştirakçısı olub. Dəniz start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Ozanın adı isə protokola daxil edilməyib.
 
 

Tarix: 12 Avqust 10:36    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.