"Mənimlə maraqlandığını biləndə, dərhal qərar verdim ki, getməliyəm"

“Zenit”in yarımmüdafiəçisi Viktor Juliano karyerasını “Fənərbağça”da davam etdirəcək. Sportinfo.az xəbər verir ki, Juliano icarə əsasında İstanbul nəhənginin şərəfini qoruyacaq.

 

O, “Fənər”ə keçidi ilə bağlı klub saytına açıqlama verib: “Çox sevincliyəm. “Fənərbağça”nın mənimlə maraqlandığını bildikdə, dərhal qərar verdim ki, getməliyəm. Çalışacam ki, ümidləri doğruldum.

 

İnanıram ki, burda məndən razı qalacaqlar və titullar qazanacağıq. Eşitmişəm ki, “Fənərbağça” azarkeşləri mənim barəmdə danışırlar. Bilirəm ki, onlar məni meydanda görməyi səbirsizliklə gözləyirlər. Məndə də eyni emosiyadı”.

Tarix: 12 Avqust 10:24    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.