Qurbanov Rəşad, Miçel və Almeydanın gələcəyindən danışdı

Premyer Liqanın 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:  

 

- Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Düşünürəm ki, yeni çempionat daha da maraqlı keçəcək. Çox yaxşı komandaya qarşı oynadıq. Derbi idi. Bu cür görüşdə qalib gəlmək bizim üçün xoşdu. Futbolçuların hər birindən razı qaldım. Bundan sonra “Kopenhagen”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib görüşdü. 

 

Kintananın durumu necədi?
- Həmin ayağından zədələndi. Əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik. 

 

“Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?
- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımıza baxırlar. “Neftçi” ilə görüş bizim üçün vacib idi. “Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq. 

 

Rəşad Sadıqov “Kopenhagen”lə Bakıdakı matça hazır olacaq?
- Hazır olmaq ehtimalı çoxdu. Onun kimi, Miçel və Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik.

Tarix: 12 Avqust 00:24    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.