Azərbaycanda mövsümün ilk avtoqolunun müəllifi - Əmirquliyev

Premyer Liqanın 2017/18 mövsümü "Neftçi" - "Qarabağ" matçı ilə start götürdü. Sportinfo.az xəbər verir ki, dörd qolun vurulduğu qarşılaşmanın sonunda qələbəni qonaqlar bayram etdilər. Mövsümün açılış matçında ilk qol, ilk dubl, ilk sarı vərəqə ilə yanaşı, ilk avtoqol da qeydə alındı.

 

Qarşılaşmanın sonuncu dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev topu öz qapısına göndərməklə komandasının darmadağınla qalib gəlməsinə imkan vermədi. Bununla da o, 2017/18 mövsümünün ilk avtoqolunun müəllifi kimi tarixə düşüb.

Tarix: 12 Avqust 00:46    Oxunub: 125    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.