"Qarabağ"ın patronu: "Yaxın günlərdə sürpriz transfer ola da bilər"

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın pirezidenti Tahir Gözəl "Neftçi" ilə matçdan sonra brifinq keçirib. cavablandırıb:

 

Mövsümün ilk oyununu necə dəyərləndirərdini?

- İlk matç idi, xeyirli olsun. Bu qələbə Çempionlar Liqasının pley-off oyunu ərəfəsində komandamız üçün yaxşı motivasiya olacaq. “Neftçi” heyətini yeniləyib. Onun gələcəkdə daha güclü olacaqğına inanıram. Daninin zədələnməsi məni narahat etdi. Sabah onu xəstəxanaya aparayacağıq. Ola bilər, yenidən oynaması üçün ayyarım fasilə olsun.

 

Demək olarmı ki, meydanda ancaq “Qarabağ” var idi?

- Elə deməzdim. "Neftçi" hər zman güclü komanda olub. Bu mövsümün gedişində sabitlik əldə edərək gücünü göstərəcək. Qarşıdakı turlarda güclü “Neftçi” görəcəyimizə inanıram.

 

Əzəli rəqibiniz “Neftçi”nin bu durumda olması sizi narahat edirdmi?

- “Neftçi” toparlanmağa çalışır. İstənilən halda, “Neftçi” “Neftçi”di. Bu arada səfərə də yollanmalıyam. Döndükdən sonra media ilə bir ayara gəlməyi düşünürük. 

 

“Qarabağ” bütün diqqətini yönəltdiyi “Kopenhagen”lə Bakıdakı oyunda yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq...

- Bu, ümidimizdi. Amma komandamızın səfərdə də yaxşı oyun keçirdiyinin şahidi olmuşuq. Cütün taleyi Bakıdakı matçda həll olunmayacaq. Ümidimi komandama bağlayıram. “Kopenhagen” üçün Bakıda çətin matç olacaq.

 

Danimarkada azarkeş ordusunun olacağı gözlənilir. Bununla bağlı danışığınız olubmu?

- Xeyr, heç bir söhbətimiz olmayıb. Danimarkada azarkeş ordusu gözləyirik. Avropada 1 milyondan artıq türk var. Bir ölkədən digərinə 50 avroya uçmaq mümkündü. Onların gələcəyinə inanıram və onları matçımıza dəvət edirəm. Azarkeşin rolu böyükdü. Media vasitəsilə onları stadiona səsləyirəm. Bu işdə səfirliklər də kömək etməlidir.

 

Nəticədən asılı olmayaraq “Qarabağ” ən azı qışa qədər avrokuboklarda çıxışını davam etdirəcək. Buna görə də 1-2 transfer gözlənilir...

- Avropada 1-2 futbolçu var ki, danışıqlar davam etdirilir. Ad çəkməyəcəm. Çünki desəm, çətinliyə düşə bilərik. Yaxın günlərdə sürpriz transfer ola da bilər, alınmaya da.

 

Hansı mövqedə çıxış edirlər?

- Onu da deyə bilməyəcəm.

 

Ulduz futbolçudu?

- Xeyr. Amma komandamıza faydalı futbolçu olacaq. “Qarabağ”ın legionerləri hər zəman keyfiyyətli olmaları ilə seçilib. Yeni futbolçumuz da belə olacaq. Sadəcə, ad çəkib özümüzü çətin vəziyyətə salmaq istəmirəm.

 

Dani Kintananın zədələnməsi həmin transferi sürətləndirə bilər?

- Yox, bunun yeni transferlə əlaqəsi yoxdu. Söhbət davam edir.

 

Yüngül atletimiz Ramil Quliyev dünya çempionu oldu. Bu haqda nə deyə bilərsiniz?

- Bu, tarixdi, Ramili təbrik etmək lazımdı. Türkiyəni, Azərbaycanı dünyada tanıdan, duyuran hər kəsə təşəkkür edirik. Quliyev böyük uğur qazanıb. 

Tarix: 12 Avqust 00:53    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.