"Mənim üçün fərq etmir, “Neftçi” olsun və ya başqa komanda"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 1-ci turunda evdə “Qarabağ”a 1:3 hesabıyla uduzan “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov oyundan sonra sualları cavablandırıb. :
 
- İlk oyunumuz idi. Hər iki komanda qələbə üçün meydana çıxmışdı. “Qarabağ” güclü tərəf idi. Öz əhvlərimizdən qol buraxdıq. Amma uğur qazana bilərdik.
 
 “Neftçi” tam oyun ortaya qoya bilmir…
- Komandamız yaxşıdı. Meydanda bunu sübut edə bilmədik. Ümid edirəm ki, gələcək oyunlarda bunu bacaracağıq.
 
Bu nə ilə əlaqədar idi? Rəqib “Qarabağ” olduğu üçün?
- Rəqib düzdür, “Qarabağ”dır. Azərbaycanın ən güclü komandalarından biridir. Söhbət tək “Qarabağ”dan getmir… Qələbə qazana bilərdik. Bu gün səhvlərimizdən uduzduq.
 
Səhvlərinizi düzəltməyə nə qədər zaman lazımdı?
- Öz üzərimizdə çalışmalıyıq.
 
Sabiq “Xəzər Lənkəran”lı kimi özünü “Neftçi”də necə hiss edirsən?

- Mən peşəkar futbolçuyam və yaxud da olmağa çalışıram. Mənim üçün fərq etmir “Neftçi” olsun və ya başqa komanda. İşimi canla-başla görürəm.
 
“Xəzər Lənkəran” azarkeşlərinin ciddi təzyiqinə məruz qaldınmı?
- Sosial şəbəkələrə də baxmıram. Qıraqdan deyirlər, eşidirəm. Futboldan başı çıxmayan adamlardı.
 
“Neftçi”nin oyunçusu olsan da “Tondela”nın çantası ilə gəzirsən…
- “Tondela”nı yaşadıram (gülür).
 
“Neftçi” avrokuboklara vəsiqə qazana biləcək?
- Məqsədimiz odur. Əlimizdən gələni edəcəyik.

Tarix: 12 Avqust 09:24    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.