"Klubun prezidenti var, gedin danışın, görək, onlar nə deyirlər"

"Neftçi"nin Müşahidə Şurasını sədri Çingiz Abdullayev Premyer Liqanın ilk turunda "Qarabağa"a 1:3 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdi.

 

Xalq yazıçısı müsahibə üçün klub rəhbərliyini nişan göstərdi: "Artıq klubun prezidenti, vitse-prezidenti var. Gedin danışın, görək, onlar nə deyirlər".
 
Abdullayev bununla klubdaxili qarşıdurmanı bir növ təsdiq etdi. O, özünü kənarda saxlayan rəhbərliyə bu açıqlaması ilə mesaj da göndərmiş oldu.
 

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl "Neftçi"də struktur dəyişikliyi baş verib. Orxan Hüseynzadə prezident, Elnur Eyvzaov isə vitse-prezident təyin olunub. Abdullayevin incik açıqlamasından görmək olar ki, ortada böyük bir yalan var.

 

Çünki köhnə idarəçilik institutuna qayıdışın elan olunduğu gün bildirilmişdi ki, Müşahidə Şurası dəyişiklmk qərarını dəstəkləyir. Əgər həqiqətən belədisə, Çingiz bəy niyə belə danışsın ki..?

Tarix: 12 Avqust 09:12    Oxunub: 379    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.