FOTO - "Neftçi" azarkeşləri "Qarabağ"ın "Milyonçu" tarixinə "ilişdi".

Premyer Liqasda 2017/2018 mövsümünə start verilib. Sportinfo.az xəbər verir ki, mövsümün açılış matçında "Neftçi" ilə "Qarabağ" üzə-üzə gəlib. "Bakcell Arena"da keçirilən qarşılaşmada meydan sahibinin azarkeşləri açdıqları pankartla diqqət çəkiblər.

 

Bakılı fanatlar "Qarabağ"ın neçənci ildə yaranmasına dair sualı pankart vasitəsi ilə soruşublar. Maraqlıdı ki, pankart məşhur "Milyonçu" verilişinin formatına bənzər tərzdə hazırlanıb. 

 

"Neftçi" azarkeşləri bununla da "Qarabağ"ın tarixinə "ilişiblər". Ağdam klubunun əsasının 1951-ci, yoxsa 1987-ci ildə qoyulması ilə bağlı müzakirələr hələ də davam edir.

 

Tarix: 12 Avqust 08:36    Oxunub: 451    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.