"Gəlin, "Neftçi”ni birinci görüşdən sonra hesabdan silməyək"

"Neftçi”nın müdafiəçisi Pavel Dreksa "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın ilk tur matçından sonra sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, çexiyalı legioner əvvəlcə görüş barədə danışıb:

 

- Əlbəttə, bu, yaxşı start deyildi. Amma işimizi davam etdirməli, pozitiv olmalıyıq. Növbəti oyunları düşünməli, köklənməli və qələbə qazanmalıyıq. 

 

Avstriya toplanışından sonra komandada çox şeyin müsbətə doğru dəyişəcəyi gözlənilirdi. Amma heç nə dəyişməyib...
- Bu, mənim üçün çox çətin sualdı. Ancaq siz də bilirsiz ki, "Qarabağ” çox güclü komandadı. Onlar gələn həftə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqlar. Üstəlik, biz də oyun zamanı bir neçə səhvə yol verdik. Məncə, əsas səbəb də budu. 

 

Hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanırsız?
- Təbii. Bu, ilk oyunumuz idi. Gəlin, "Neftçi”ni birinci görüşdən sonra hesabdan silməyək. Daha çox çalışmalı və ikinci turdakı matçda mütləq qələbə qazanmalıyıq.

 

Sizcə, bugünkü "Qarabağ” "Kopenhagen”i keçə biləcəkmi?
- Deməzdim ki, hansısa fərq var. Çünki "Qarabağ”da sistem eynidi. Əlbəttə, "Kopenhagen”i udmaq üçün şansları var. "Qarabağ”a uğurlar arzulayram.

Tarix: 12 Avqust 08:24    Oxunub: 256    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.