"Kopenhagen"in "Qarabağ"dan istəyi var - Təhlükəsizlik və 1500

"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib. Sportinfo.az xəbər verir ki, bununla bağlı Danimarka klubun saytında rəsmi açıqlama yerləşdirilib.

 

Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab oyununun təşkil olunacağı "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da  qeyd olunub ki, qonaq komanda tərəfdarları biletləri yalnız "Qarabağ" vasitəsilə əldə edə bilərlər.

 

"Parken" stadionu 38 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq,  "Qarabağ" azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq. İlk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.

Tarix: 11 Avqust 14:12    Oxunub: 450    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.