Rəşad Sadiqov futbolun "daşını atır"

Bir müddət öncə “Zirə”nin əsas heyətindən kənarlaşdırılan Rəşad Sadiqovun gələcək taleyi müəmmalıdı. Bu gün yeni mövsüm start götürsə də, intizamsızlığa görə qəsəbə klubunun əsas heyətindən kənarlaşdırılan futbolçunun hansı komandada çıxış edəcəyi hələ ki, bəlli deyil.

 

Sportinfo.az xəbər verir ki, Sadiqovun “Zirə” ilə bir illik müqaviləsi var. Klubun 33 yaşlı futbolçuyla müqaviləyə xitam verməməsi, onun yenidən bu komandanın əsas heyətinə qayıtmaq ehtimalını qüvvədə saxlayır. Lakin baş məşqçi Ayxan Abbasov hələ də, təcrübəli yarımmüdafiəçini bağışlamayıb.

 

Əldə etdiyimiz məlumata görə, Sadiqov futbolçu karyerasını bitirməyi planlaşdırır. Millimizin də üzvü olan futbolçu paltardəyişmə otağında komandanın baş məşqçisi Ayxan Abbasova cavab qaytardığı üçün əsas heyətdən kənarlaşdırılmışdı. Rəşad bu yay “Zirə”ylə bir illik müqavilə bağlayıb. O, komandanın heyətində Avropa Liqasında keçirdiyi 4 oyunda 1 qola imza atıb (komanda.az).

Tarix: 11 Avqust 10:12    Oxunub: 609    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.