UEFA-nın saytı “Qarabağ” və “Kopenhagen” haqda nə yazdı?

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” haqda yazı hazırlayıb. Sportinfo.az xəbər verir ki, yazıda hər iki klub barədə faktlar və statistik göstəricilər yer alıb. 


- Ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” ilk dəfə ÇL-in pley-offuna adlayıb və nəhayət, turnirin qrupunda debüt etmək istəyir. “Qarabağ” böyük təcrübəsi olan “Kopenhagen”i qəbul edəcək.


- Bu komandalar 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunun təsnifat mərhələsində qarşılaşıblar. “Kopenhagen” iki oyunda ümumilikdə 10:0 hesablı qələbəyə imza atıb (6:0, 4:0). Bu, Azərbaycan və Danimarka klublarının qarşılaşdığı hələlik yeganə dueldi.

 

- “Qarabağ” 4-cü dəfə ÇL-də çıxış edir. Əvvəlki 3 ildə komanda bir qayda olaraq, 3-cü təsnifat mərhələsində dayanıb.

 

- 2016/17 mövsümündə Azərbaycan təmsilçisi ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Hər üç halda komanda ÇL ilə vidalaşdıqdan sonra AL-də mübarizəni davam etdirib.

 

- “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluqdan sonra ÇL-də oynamaq hüququ qazanıb. Komanda pley-offa qədər Gürcüstanın “Samtredia” (5:0, 1:0) və Moldovanın “Şerif” klublarına (0:0, 2:1) gücünü göstərib.

 

- “Qarabağ” avrokuboklarda keçirdiyi son 8 ev oyunundan yalnız birində məğlubiyyətlə üzləşib. Onlar 2016-cı il dekabrın 8-də öz meydanında “Fiorentina”ya 1:2 hesabı ilə uduzublar.

 

- “Kopenhagen” ümumilikdə 6 dəfə çıxışı etdiyi Çempionlar Liqasının pley-off mərhələsində 2 dəfə sevinən tərəf olub. Onlar 2010/11 mövsümündə “Rusenborq”, ötən il isə APOEL-ə güclərini göstəriblər. 2009/10 mövsümündə həmin APOEL danimarkalılara şans vermədiyi halda, 2011/12 mövsümündə “Viktoriya”, 2012/13 mövsümündə “Lill”, 2014/2015 mövsümündə isə “Bayer” “Kopenhagen” üçün keçilməz olub. 

 

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəsmi matçlarda vurduğu 12 qolla Azərbaycan yığmasının ən məhsuldar oyunçusudu. O, 2008-ci ildən Ağdam klubunun baş məşqçisidi.

 

- Stole Solbakken məşqçilik karyerasında ikinci dəfə “Kopengahen”i çalışdırır. O, komandasını 7 dəfə Danimarka çempionu edib. Futbolçu karyerasında 58 oyunda Norveç yığmasının formasını geyinib və butslarını mismardan məhz “Kopenhagen”də asıb. Karyerasını erkən bitirməsinə ürəyindəki problem səbəb olub.

Tarix: 11 Avqust 10:00    Oxunub: 481    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.