"Qəbələ" Kipr klubuna keçən Arazdan 300000 manatı geri almır?

“Qəbələ”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Kiprdə - “Anortosis”də davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.

 

Xəbərdə 25 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi, daha sonra isə rəsmi müqavilənin bağlanacağı qeyd edilib. 

 

Kipr çempionatının son mövsümünü 14 komanda arasında 6-cı pillədə başa vuran “Anortosis”in Arazla 1 illik müqavilə bağlayacağı gözlənilir.

 

"Neftçi"nin yetirməsi yenidən ölkədən çıxmağa məhkumdu. Bu ilin əvvəlində yollandığı əyalət təmsilçisində heç cür özünü göstərə bilmədi. Pytaxt klubunda hegemon idi, ağa idi.

 

Burda isə o. Roman Qriqorçukun gözünə girməyi bacarmadı. Çətin xarakteri ilə ad çıxaran Aödullayevə ukraynalı mütəxəssis "uymadı". Qriqorçuk "ipə-sapa yatmaq" problemi olan yarımmüdafiəçinin nazıyla oynamadı.

 

İlk vaxtlar güvənsə də, sonradan inamı tamamilə itdi. Təsadüfi deyil ki, son 4 avrokubok qarşılaşmasında Araza şans vermədi.

 

Gənc oyunçunun qiyməti aşağı deyil. Qəbələlilər ona görə 300 min manat xərcə düşüb. Güman ki, “Anortosis”ə icarəyə veriləcək.

 

Vaxtilə "Everton"un Yunanıstana - "Panionis"ə icarəyə verdiyi yarımmüdafiəçi, ümid edirik ki, bu dəfə özünü yığışdıracaq, düz-əməlli legioner həyatı yaşayacaq.

Tarix: 11 Avqust 09:12    Oxunub: 708    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.