Azərbaycan millisi “10-luq”da

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Hamburqda keçiriləcək dünya çempionatı ərəfəsində mundiallarda ən çox medal qazanan ölkələrin siyahısını dərc edib.

 

Sportinfo.az xəbər verir ki, 1974-cü ildən təşkil olunan və 18 dəfə baş tutan yarışın tarixində ən çox mükafata yiyələnən 10 millinin adı açıqlanıb.


Azərbaycan yığması da bu “10-luq”da yer alıb. Müstəqillik əldə etdikdən sonra mundiallarda çıxış edən komandamız arxada qalan çempionatlarda ümumilikdə 17 medal qazanıb. Bunlardan 5-i qızıl, 4-ü gümüş və 8-i bürüncdür. Millimiz bu göstəricidə dünyanın 10-cusudur.


Cədvələ Kuba başçılıq edir – 128 medal (71 qızıl, 32 gümüş, 25 bürünc). Rusiyanı SSRİ yığmasının varisi kimi tanıyan AİBA onların göstəricisini ümumiləşdirib. Bu səbəbdən də şimal qonşularımız 107 mükafatla (38-32-37) ikincidi.

 

İlk “üçlüy”ü hesabında 41 medalla (16-9-16) ABŞ qapayır. “Onluq”da Qazaxıstan, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna və Özbəkistan yığmaları da yer alıblar. Sayca 19-cu dünya çempionatı avqustun 25-də start götürəcək.

Tarix: 11 Avqust 08:34    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.