Rəşad Sadıqov: "Bu dəqiqə başım şişib, çətin də olsa..."

Rəşad Sadıqovun "Şerif"lə səfər oyunundan dərhal sonra Türkiyəyə - müayinəyə yollanması təəccüblü görünmüşdü. Əvvəla, kapitan Tiraspoldakı görüşdə iştirak etmişdi və matçın gedişində hansısa xəsarət almamışdı. Yox, söhbət "Samtredia" ilə ilk oyunda aldığı zədədən gedirsə, təcrübəli müdafiəçi Moldovada meydana çıxmaqla qorxulu heç nə olmadığına dair mesaj vermişdi. 


Rəşadın zədəsiylə bağlı həyəcanlı xəbər aldıq. Deyilənə görə, kapitanın zədəsi yetərincə ciddidi. Hətta yaşıl meydanlardan 6 ay uzaq düşmək təhlükəsindən söz gedir. Bu isə karyerasının qürub çağını yaşayan biri üçün erkən və bəxtsiz vida olar (Futbol+).

 

Sadıqovun bu durumla barışmadığı və iki həftə aradan sonra yenidən meydana qayıtmağa təkid etdiyi, səfər görüşünə iynə gücünə çıxmaq istədiyi deyilir. Həkimlər isə bunu riskli sayır.

 

Məsələyə aydınlıq gətirmək üçün Rəşad Sadıqovun özüylə əlaqə saxladıq. Qaynar həyat tərzi yaşayan təcrübəli futbolçu onu sevənləri narahat olmamağa səslədi:

 

"Bu dəqiqə başım şişib. Bir yandan U-19-un Çempionlar Liqasına hazırlığı, bir yandan özümün pley-offa hazırlaşmağım, qarşıdan millinin oyunları gəlir, akademiyanın işləri.

 

Bir yandan da zədəmi sağaltmaqla məşğulam, Türkiyəyə gedib-gəlirəm. Yavaş-yavaş qaçmağa başlamışam. Çətin də olsa, hamısına çatdırmağa çalışıram. Zədəm qorxulu deyil, müalicə gedir. Narahatlığa əsas yoxdu".

Tarix: 11 Avqust 00:34    Oxunub: 439    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.