"Qəbələ" bu legionerlə yollarını ayırır - ÖZÜ BELƏ İSTƏDİ

"Qəbələ" bu yay heyətinə qatdığı Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır. Sportinfo.az-ın məlumatına görə, ispaniyalı legioner Azərbaycandan getmək istədiyini məşqçi korpusunun diqqətinə çatdırıb.

 

Roman Qriqorçuk bu ayrılığın əleyhinə çıxmayıb. Ukraynalı mütəxəssis əsas heyətə düşməyən yarımmüdafiəçinin gedişinə etiraz etməyib.


İki ay öncə onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanmışdı. 28 yaşlı prineyli “Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayıb.

 

2007-2008-ci illərdə İspaniyanın U-19 millisində çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub.
2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb.

 

Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan hücumameylli yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.

Tarix: 10 Avqust 17:24    Oxunub: 1089    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.