Danimarkalı siyasətçi: "Biz “Qarabağ” ilə qürur duyuruq”

Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini tənqid edən Hüseyn Arac avqustun 23-də baş tutacaq “Kopengahen”-“Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Bu barədə Hüseyn Arac axar.az-a açıqlamasında deyib. Siyasətçi “Qarabağ” komandasının Avropa futbolunda önəmli yer tutduğunu deyib:

 

”Qarabağ” güclü komandadı ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdı. Futbolun müasir dünyamızda yeri böyükdü.

 

“Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və Türkiyə bayraqları ilə meydanda olub, ”Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” ilə qürur duyuruq”.

 

Hüseyn Arac Qarabağın işğalı ilə barışmadığını deyib: “Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir.

 

Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

Tarix: 10 Avqust 18:48    Oxunub: 413    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.