AFFA Robert Prosineçkini Xorvatiyadan Bakıya çağırdı

Millinin baş məşqçisi Robert Prosineçkinin istirahəti avqustun 15-də başa çatacaq. İyunun 17-də – Şimali İrlandiya ilə qarşılaşmadan (0:1) sonra Bakını tərk edən xorvatiyalı mütəxəssis ayın 15-də bura qayıdacaq.

 

Bu barədə Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, balkanlı çalışdırıcı bu müddətdə daim federasiya rəsmiləri ilə əlaqə saxlayıb:

 

"Klublarımızın bütün avrokubok oyunları Prosineçkinin diqqət mərkəzində olub. Burdan gedəndə ona oyunların cədvəli verilmişdi. Özü televiziya vasitəsilə bəzilərinə baxıb. Qalanlarını isə köməkçilərini yerində izləyib.

 

Yəni, Prosineçkinin hər şeydən xəbəri var. Hansı yerli futbolçunun necə oynamasından xəbərdardı. AFFA ilə tez-tez əlaqə sazlayır, fikir mübadiləsi aparır".

Tarix: 10 Avqust 12:36    Oxunub: 429    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.