"Qarabağ"ın nəzərinə: "Həm komanda, həm baş məşqçi zəifdi"

Danimarka millisinin sabiq baş məşqçisi Stiq Teftinq "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan "Kopenhagen"ı çalışdıran Steyl Solbakkeni tənqid edib.

 

Sportinfo.az xəbər verir ki, veteran futbolçu "Brondbü" ilə matçdan sonra "Kopenhagen"in oyununu təhlil edib. O, paytaxt təmsilçisinin yeni mövsümə hazır olmadığını dilə gətirib:

 

"Düşünmək olardı ki, son çempion, ölkəmizi Çempionlar Liqasında təmsil edən komanda "Brondbü"nu mütləq məğlub edəcək. Amma belə olmadı. Fikrimcə, "Kopenhagen" fiziki cəhətdən zəifdir. Onlar 90 dəqiqə mübarizə aparmağa hazır deyillər. "Brondbü" qələbəyə layiq idi". 

 

Veteran futbolçu "Kopenhagen"in ötən mövsümə nisbətən zəiflədiyini vurğulayıb: "Yeni qurulan "Kopenhagen" mənim ürəyimcə deyil. "Kopenhagen" ötənilki səviyyəsindən çox uzaqdır. Mən indiki durum barədə danışıram və vəziyyətin yaxşı olmadığını fikirləşirəm. Ancaq mənim haqlı olub-olmadığını gələcək oyunlar göstərəcək". 

 

Teftinq paytaxt klubunda məşqçi işinin zəif olduğunu bildirib: "Nəinki "Kopenhagen"in oyunu, komandanın baş məşqçisinin gördüyü işlər çox zəifdir. Əgər komanda növbəti oyunlarda zəif çıxış etsə, baş məşqçi buna cavab verməlidi".

Tarix: 10 Avqust 11:36    Oxunub: 664    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.