“Qarabağ”dan təklif gəlsə də, hələ son qərarı verməmişik”

İtaliya mətbuatı “Qarabağ”la bağlı növbəti iddia irəli sürüb. Yerli həmkarlarımızın yazdığına görə, Azərbaycan çempionu “Palermo”nun futbolçusu Karlos Embalo ilə güclənmək istəyir. 


Bildirilir ki, “Peskara”nın da heyətində görmək istədiyi oyunçuya “Qarabağ”dan yeni təklif gəlib. Sportinfo.az xəbər verir ki, onun meneceri  Beppe Akkardi yerli mətbuata açıqlamasında bunları deyib:

 

“Onu bir çox klublar heyətində görmək istəyir. Eləcə də “Qarabağ” və “Luqano”. Amma hələ son qərarı verməmişik”.


Ötən mövsüm İtaliya A seriyasında 12 matçda iştirak edən və 620 dəqiqə meydanda qalan qvineya-bisaulu 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 19-cu yeri tutaraq B seriyasına yuvarlanan “Palermo” ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.

 

Bu ulduzla "Peskara" da yaxından maraqlanır. Baş məşqçi Zdenek Zeman Embalonun transfer olunmasını istəyir. Redaksiyamıza daxil olan informasiyaya görə, "Qarabağ" italyanlara kompensasiya (500 min avro) təklif edib. 

 

Zədədən yeni döndüyü üçün hazırda fərdi məşqlərlə kifayətlənən qvineya-bisaulu karyerasına Portuqaliya klubu “Çaves”də başlayıb. 2013-cü ildə Siciliya adasına transfer olunub. Ötən 3 il ərzində “Karpi”, “Leççe” və “Breşiya”da icarə əsasında çıxış edib.

Tarix: 10 Avqust 10:48    Oxunub: 771    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.