Kopenhagendəki stadionda “Qarabağ"a 1900 yer ayrılacaq

"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib. Sportinfo.az xəbər verir ki, bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.

 

Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab görüşünün təşkil olunacağı "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb.

 

O da vurğulanıb ki, qonaq komanda tərəfdarları biletləri yalnız "Qarabağ" vasitəsilə əldə edə bilərlər.

 

"Parken" stadionu 38 min tamaşaçı tutumuna malikdir. Bu isə o deməkdir ki, "Qarabağ" azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

 

İki komanda arasındakı ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.

Tarix: 10 Avqust 09:24    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.