"Çoxu elə bilir ki, “Neftçi” Rusiya klubudu” - AĞIR ATMACA

“İnter”in sabiq prezidenti Georgi Nikolov klubun adının dəyişdirilməsinə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, bolqarıstanlı futbol funksioneri şəxsi “facebook” səhifəsində klubun adının dəyişdirilib “Keşlə” adlandırılmasına belə reaksiya verib:

 

“İnter”in adına 10 ilə yaxın davam edən hücumlar uğurla nəticələndi. Ondansa komandanın adını “Zabrat” qoyaydılar, axı bizim komanda məhz burda doğulub.

 

İstənilən halda, artıq keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” “Keşlə Arena”da onlar üçün yeni tribuna inşa etməlidi”.

 

Nikolov daha sonra yazdığı şərhdə vətəni Bolqarıstanda hamının Azərbaycan futbolunu “İnter”lə tanıdıqlarını qeyd edib. O, bu şərhində “Neftçi”yə ilişməyi də unutmayıb:

 

“Heç kim inciməsin, ancaq Bolqarıstanda hamı Azərbaycan futbolunu “İnter”lə tanıyır. Çoxu elə bilir ki, “Neftçi” Rusiya klubudu”.

Tarix: 10 Avqust 00:24    Oxunub: 512    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.