"Neftçi"nin hücumçusu "Qarabağ"da

"Qarabağ" heyətini gücləndirməkdə davam edir. Sportinfo.az xəbər verir ki, bu mövsüm "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək. Rəşad Sadıqovun çalışdırdığı komanda bu nüfuzlu turnirdə iştirak üçün yeni heyət formalaşdırır.

 

"Neftçi"nin və U-19 millimizin futbolçusu Pilağa Mehdiyev artıq "Qarabağ"ın düşərgəsindədi. Əldə etdiyimiz özəl məlumata görə, bu gün futbolçuyla 4 illik müqavilə imzalanıb.

 

Bakıda keçirilən U-17 milliləri arasında Avropa çempionatında iştirak etmiş və komandamızın Belçika ilə oyundakı bərabərlik qolu zamanı məhsuldar ötürmə müəllifi olan istedadlı futbolçu bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq.

Tarix: 9 Avqust 19:00    Oxunub: 1222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.